"Qarabağ"lı əcnəbi klubun 200 min manatlıq təklifinə niyə "yox" cavabı verdi?

12 Avqust 21:00 Qarabağ 2 249
"Qarabağ"lı əcnəbi klubun 200 min manatlıq təklifinə niyə "yox" cavabı verdi?

“Qarabağ”ın müdafiəçisi Abbas Hüseynov Türkiyədən gələn təklifə “yox” deyib.

Türkiyə 1-ci Liqasına yeni yüksələn “Muğlaspor” 31 yaşlı futbolçuya ciddi maraq göstərib.

İllik 200 min manat maaş təklif edib.

Lakin Hüseynov bu təklifi qəbul etməyib.

Buna səbəb futbolçunun “Qarabağ”da aldığı maaşın “Muğlaspor”un təklif etdiyi məbləğdən 2 dəfə yüksək olmasıdır.

Millimizin sabiq müdafiəçisi hazırda Ağdam klubunun əvəzedici komandası ilə məşqlərə çıxır.

Buna səbəb onun aprel ayında nizam-intizam qaydalarını pozmasıdır.

Baş məşqçi Qurban Qurbanov təcrübəli futbolçunu əsas heyətdən kənarlaşdırıb.

Hüseynovun "köhlən atlar"la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi