Şəhriyar Əliyev 4 mövsüm əvvəl canlanan müasir "Turan Tovuz"un simvolu sayıla bilər.
Ən çətin şərtlər altında müdafiəçi Bakı klublarını yox, uzaq Tovuzu seçmişdi.
2024-cü ilin yayında Ayxan Abbasovun gedişindən sonra heyətdə laxlama əlamətləri aydın sezilirdi.
Gedənlər sıraya düzülmüşdü.
Çox çətin dövrdə Əliyev sinəsini qabağa verib, 3 illik yeni anlaşmaya imza atmışdı.
Başqa təkliflərə "yox" deyərək.
Məhz onun qalmasından sonra Qərb təmsilçisi heyətin özəyini qoruya bildi.
Amma Kurban Berdıyev millimizin sabiq müdafiəçisinə güvənmədi.
Sonda da futbolçu ilə yolları ayrıldı.
Təbii prosesdir. Futbolda heç nə daimi deyil.
Hər məşqçinin öz fərqli baxışı ola bilər.
Amma Əliyevin ayrılığından sonra onun mövqeyinə edilən transfer suallar yaratmaya bilməz.
Söhbət Rahil Məmmədovdan gedir.Şəhriyar Əliyev 4 mövsüm əvvəl canlanan müasir "Turan Tovuz"un simvolu sayıla bilər.
Ən çətin şərtlər altında müdafiəçi Bakı klublarını yox, uzaq Tovuzu seçmişdi.
2024-cü ilin yayında Ayxan Abbasovun gedişindən sonra heyətdə laxlama əlamətləri aydın sezilirdi.
Gedənlər sıraya düzülmüşdü.
Çox çətin dövrdə Əliyev sinəsini qabağa verib, 3 illik yeni anlaşmaya imza atmışdı.
Başqa təkliflərə "yox" deyərək.
Məhz onun qalmasından sonra Qərb təmsilçisi heyətin özəyini qoruya bildi.
Amma Kurban Berdıyev millimizin sabiq müdafiəçisinə güvənmədi.
Sonda da futbolçu ilə yolları ayrıldı.
Təbii prosesdir. Futbolda heç nə daimi deyil.
Hər məşqçinin öz fərqli baxışı ola bilər.
Amma Əliyevin ayrılığından sonra onun mövqeyinə edilən transfer suallar yaratmaya bilməz.
Söhbət Rahil Məmmədovdan gedir.
31 yaşlı stoperin Şəhriyardan xüsusi nə özəlliyi var ki, daha yüksək maaşa heyətə cəlb olunub?
Gənc deyil, geridə qalan mövsümü də əla keçirməyib.
Çətin ki, bu dəyiş-düyüşə normal izah verən tapılar.
Sağlam məntiq acizdir.
Əbəs deyil ki, yerli publika da Məmmədovun gəlişinə kəskin reaksiya verdi.
31 yaşlı stoperin Şəhriyardan xüsusi nə özəlliyi var ki, daha yüksək maaşa heyətə cəlb olunub?
Çətin ki, bu dəyiş-düyüşə normal izah verən tapılar.
Sağlam məntiq acizdir.
Əbəs deyil ki, yerli publika da Məmmədovun gəlişinə kəskin reaksiya verdi.
XANOĞLAN/ SPORTİNFO.AZ
