Tanınmaz hala düşən azərbaycanlı oyunçu - Mən nə qədər qoca olsam da… VİDEO

22 Aprel 09:40 II Divizion 3 409
Tanınmaz hala düşən azərbaycanlı oyunçu -  Mən nə qədər qoca olsam da… VİDEO

II Liqada 21-ci tura yekun vurulub.

"Kür-Araz" Binədə "Şəfa"nın qonağı olub.

Bu matçıAzərbaycan millisinin və "Neftçi"nin sabiq futbolçusu Cavid İmamverdiyevin benefis idə adlandırmaq da olar. Peşəkar karyerasını 2 il öncə başa vurmuş yarımmüdafiəçi ev sahiblərinə 4 qol vurub.

O, xeyli çəki almasına və tanınmız hala düşməsinə baxmayaraq, «Şəfa»nın müdafiə xəttinə şok yaşadıb. Bir qolu başla tora qovuşduran İmamverdiyevin təcrübəsi hesabına və ağlını işlədərək, bir-birindən maraqlı qollara imza atmasını söyləməliyik.

Cavıdin topa hər toxunuşunda təhlükə ilə üzləşən «Şəfa»nı həmçinin Ramazan Abbasov da cəzalandırıb. «Bakı»nın yetirməsi olan vinger elə İmamverdiyevin ötürməsindən sonra aktivinə qol yazıb və tribunaya «ürək» işarəsi göndərib.

Hesabı da İmişli təmsilçisindən Nicat Fərəcli açıb. Bu, matçın 18-ci dəqiqəsində baş verib.

İlk belə fürsət isə Elşad Məmmədovun çalışdırdığı paytaxt komandasında olub. Gəl ki, Nicat Abbasov 8-ci dəqiqədə penaltini qaçırıb. Müdafiəçinin vuruşunu qapıçı Əzəmət Müseyibov geri qaytarıb.

SPORTİNFO.AZ

Binə qəsəbə stadionu. 50 tamaşaçı
Baş hakim: Murad Səlimov
Baş hakimin köməkçiləri: Orxan İbişov, Ruslan Babayev
Dördüncü hakim: Alik Yunusov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Yavər Rəhimov
Sarı vərəqələr: İlkin Mikayılov, 54 (qeyri-idman hərəkəti) // Mirabbas Mirbabayev, 8 (qeyri-idman hərəkəti); Elnur Məmmədov, 55 (hakimin qərarına etiraz); Cavidan Musazadə, 85 (qeyri-idman hərəkəti)
Qollar: Nicat Fərəcli, 18; Cavid İmamverdiyev, 36, 41, 53, 67; Ramazan Abbasov, 43
Qolla nəticələnməyən penalti: Nicat Abbasov, 9
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - yoxdur.

“Şəfa”

22. Uğur İbrahimov
3. Mehman İbadov
23. Nicat Abbasov
10. İlkin Mikayılov (k)
30. Emil Məmmədov
(55. Pilağa Mehdiyev, 46)
44. Ramiz Qasımov
(5. Emin Məhərrəmli, 71)
8. Fərid İslamzadə
(2. Əhməd Babayev, 71)
4. Loğman Əliyev
66. Fuad Cahangirli
(77. Nəbi Nəbizadə, 46)
11. Cavanşir Tahirov
17. Rəhim Nağıyev
(20. Elşən Mirzəzadə, 71)
Ehtiyat oyunçular:
1. Fərrux Əzizov
99. Əli Əliyev
19. Elgün Məhərrəmov
9. Murad Mehdiyev
Baş məşqçi: Elşad Məmmədov

Kür-Araz”

1. Əzəmət Müseyibov
(99. Novruz Qəhrəmanov, 58)
11. Ramazan Abbasov
14. Elnur Məmmədov (k)
(25. İxtiyar Quliyev, 58)
10. Cavid İmamverdiyev
(21. Rüfət Rəhimzadə, 68)
8. Cavidan Musazadə
22. Mirabbas Mirbabayev
(4. Fərid Oruczadə, 58)
18. Nicat Fərəcli
(44. Ramal Aslanlı, 68)
77. Museyib Vəlizadə
15. Babək Yaqublu
17. Elariz Xəlilli
5. İlkin Hüseynli
Ehtiyat oyunçular:
2. Məhərrəm Heydərov
13. Yəhya Babayev
Baş məşqçi: Ələmdar Mustafayev

Digər Xəbərlər
Xəbər Lenti