Rəhbərlik aldatdı, daha dözə bilmədi... Ayrılığın səbəbi bu imiş!

9 Aprel 09:40 II Divizion 463
Rəhbərlik aldatdı, daha dözə bilmədi... Ayrılığın səbəbi bu imiş!

Nadir Əliyevin «Füzuli»nin baş məşqçi postundan istefa verməsinin səbəbi məlum olub.

Ayrılığın kökündə klub rəhbərliyinin yalan vədi dayanıb.

Belə ki, komanda üzvləri neçə müddətdir əməkhaqqı almır. Çalışdırıcı yaranmış vəziyyətlə bağlı narahatlığını başbilənlərin diqqətinə çatdırıb. Onlardan tərpəniş görünməyincə, postunu tərk edib.

Əliyev paltardəyişmə otağında futbolçularla sağollaşıb, üzrxahlıq eləyib, verilən vədlərin yerinə yetirilmədiyini belə vəziyyətdə işləməyin mümkün olmadığını bildirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti