COP29

"Şəmkir"li futbolçunun FANTASTİK QOLunu izləyin … VİDEO

5 May 23:45 II Divizion 1 073
"Şəmkir"li futbolçunun FANTASTİK QOLunu izləyin … VİDEO

II Liqada 23-cü tura yekun vurulub.

Son vaxtlar çıxışda olan «Şəmkir» doğma rayonda «Göygöl»ü qəbul edib.

Yerli publikanın marağını çəkən qərb derbisi, gözlənildiyi kimi, gərgin keçib.

Oyunun əvvəlindən bəri qol arayışına çıxan ev sahiblərini 31-ci dəqiqədə Məzahir Əhmədov sevindirib: cinah ötürməsini başla yaxın məsafədən qapıya vurmaqla.

Meydan kələ-kötür olmasaydı, qol vəziyyətləri bir-birini əvəzləyərdi. «Göygöl»ün ön xətdə «dişsizliy»ini görən «Şəmkir»lilər 58-ci dəqiqədə növbəti qola sevinib.

İlkin Əliyevin sol cinahdan qapı önünə göndərdiyi topun istiqamətini dəyişən Hikmət Verdiyev avtoqola imza atıb. Bundan bir qədər sonra isə Kənan İbişov tribunanı ayağa qaldırdı.

Doğrudan da, o, möhtəşəm qola imza atdı. İzləməyənləri videoreportajı gözdən keçirməyə dəvət edirik.

22 yaşlı müdafiəçinin «paraşut»a oxşayan vuruşu təqribən 30 metr məsafədən qapının uzaq «doqquzluğ»unu tapdı.

Qonaqların gücü heç təsəlli qoluna da çatmadı. Əvəzində 78-ci dəqiqədə aranı qarışdırdılar. Rəqibin sərt müdaxiləsindən əsəbiləşən Vahid İbrahimov onu yerə sərdi və qırmızı vərəqə aldı.

«Şəmkir» bu qələbə sayəsində turnir cədvəlində sonuncu pillədən qurtulub. «Göygöl» isə 32 xalla 8-ci pillədə qalıb.

SPORTİNFO.AZ

Şəmkir OİK stadionu. 250 tamaşaçı
Baş hakim: Əkbər Əhmədov
Baş hakimin köməkçiləri: Orxan İbişov, Aydın Baxşıyev
Dördüncü hakim: Murad Səlimov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Sarı vərəqələr: Ayxan Məmmədli, 78 (qeyri-idman hərəkəti) // İsmayıl Məmmədov, 37 (qeyri-idman hərəkəti); Möhsün Tapdıqov, 47 (qeyri-idman hərəkəti); Bəşir Qarayev, 61 (qeyri-idman hərəkəti); Çingiz Məmmədov, 85 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Vahid İbrahimov, 78 (təcavüzkar davranış)
Qollar: Məzahir Əhmədov, 31; Hikmət Verdiyev, 58 (ö.q.); Kənan İbişov, 71
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 1 dəq.

“Şəmkir”

12. Novruz Rəhimov (k)
19. Elxan Əzizov
(17. Asim Quliyev, 63)
6. Cavid Abbasov
(15. Aydın İsxanzadə, 82)
14. Surac Şahbazov
10. Sahib Cümşüdov
3. Kamran Kərimov
(4. Kənan İbişov, 63)
8. Ülfan Hüseynov
(5. Ayxan Məmmədli, 63)
57. Məzahir Əhmədov
(20. Taleh Nəbiyev, 76)
30. Kərəm Əhmədli
9. İlkin Əliyev
77. Yusif Rufullazadə
Ehtiyat oyunçular:
1. İsrail İsmayılov
Baş məşqçi: Ceyhun Əhmədov

“Göygöl”

1. Nicat Mahmudov
2. Möhsün Tapdıqov
10. Vüsal Mehdiyev
(33. Mirröyal Mahmudov, 46)
57. Bəşir Qarayev
14. Ülvi Cəlilov (k)
30. Elcan Rəhimov
16. Hikmət Verdiyev
15. İsmayıl Məmmədov
(9. Elgün Qasımlı, 65)
5. Sənan Həsənov
17. Çingiz Məmmədov
25. Vahid İbrahimov
Ehtiyat oyunçular:
7. Bilal Mehdiyev
4. İsa Bayramov
8. Turani Əliyev
Məşqçi: Fərid Babazadə

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq
18 May 11:00 Bunun da öz yeri var!