"Qarabağ"lı iki dəfə çempion olmuş komandanın sükanı arxasında!

17 Noyabr 2024 09:50 II Divizion 3 666
"Qarabağ"lı iki dəfə çempion olmuş komandanın sükanı arxasında!

«Şəmkir»də baş məşqçi dəyişikliyi gerçəkləşib.

II Liqanın iştirakçısı Ceyhun Əhmədovla yolları ayırıb.

«Hypers Quba» ilə vidalaşan Vüqar Nadirov qərb komandasının sükanı arxasına keçib. Sabiq «Qarabağ»lı ilə sonradan uzadılmaq şərtiylə 2025-ci ilin yayına qədər müqavilə imzalanıb.

«Şəmkir» 9 tura 13 xal toplayıb. Vaxtilə 2 dəfə Azərbaycan çempionu titulunu əldə etmiş komanda hazırda turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA