AFFA İkinci Liqa komandalarına şad xəbər verdi

19 Sentyabr 2023 08:40 II Divizion 926
AFFA İkinci Liqa komandalarına şad xəbər verdi

AFFA Birinci Liqa ilə bağlı yeni lisenziyalaşdırma qaydaları tətbiq edəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə qurumdan açıqlama verilib.

Yeni qaydaya əsasən, İkinci Liqada oynayan klublar Birinci Liqa lisenziyası üçün müraciət edə biləcəklər.

Bununla bağlı olaraq, sentyabrın 21-də klubların lisenziya əldə etmək üçün yerinə yetirməli olduğu meyarlar, ümumi lisenziyalaşdırma sistemi və prosesin gedişatı haqqında məlumatlandırıcı görüş keçiriləcək.

Əlavə olaraq, görüşdə UEFA, PL və Birinci Liqa lisenziyalaşdırma qaydalarındakı yeniliklər müzakirə ediləcək.

Görüşdə UEFA-nın Lisenziyalaşdırma departamentinin rəhbəri iştirak edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM