COP29

Cavid Hüseynov bu işin öhdəsindən gəlmədi - VİDEO+FOTOREPORTAJ

29 Aprel 09:40 II Divizion 557
Cavid Hüseynov bu işin öhdəsindən gəlmədi - VİDEO+FOTOREPORTAJ

Azərbaycan II Liqasında XXII tur arxada qalıb.

Cavid Hüseynovun baş məşqçisi olduğu "Cəbrayıl" "Neftçi"nin bazasında "Baku Sportinq"i qəbul edib.

Qarabağ təmsilçisi liderlə görüşə iddialı başlayıb, erkən qol vurmağa çalışıb.

Qış fasiləsindən sonra Elvin Məmmədov, Ruslan Əmircanov və Cavid Tağıyev kimi Premyer Liqa görmüş təcrübəli adları rənglərinə bağlamış "Cəbrayıl" yaratdığı fürsətləri havaya sovurub.

Oyunu əks-hücumlar üzərində qurmuş "Baku Sportinq" isə "vurmayana vurarlar" prinsipinin doğruluğunu sübut eləyib. Aqşin Paşayev 41-ci dəqiqədə müdafiəçilərin səhvini bağışlamayıb.

Fasilədən sonra «Cəbrayıl» yenidən təşəbbüsü ələ alıb. Elvin Məmmədovun ara ötürmələri Buzovna komandasının qapısı önündə təhlükəli epizodların yaranmasına səbəb olub, fəqət ev sahibləri son nöqtəni qoymağa gecikib.

Rəqibin böyük qüvvə ilə irəli atılmasını görən «Baku Sportinq» ikinci qolu vurmağa da yaxın olub. Cinah ötürməsindən sonra qapıçını keçən topa bir anlıq gecikən Aqşin Paşayev yarım metrdən fərqlənə bilməyib.

Beləcə, qarşılaşma qonaqların minimalhesablı qələbəsi ilə başa çatıb.

Xallarını 52-yə yüksəldən "Baku Sportinq" liderliyini davam etdirir. 46 xalı olan "Cəbrayıl" isə dördüncü yerə düşüb.

SPORTİNFO.AZ

Neftçi Futbol Mərkəzi (IV meydança). 110 tamaşaçı
Baş hakim: Rəvan Həmzəzadə
Baş hakimin köməkçiləri: Cəmil Quliyev, Şirmamed Mamedov
Dördüncü hakim: Səbuhi Bayramov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Seymur Səlimli
Sarı vərəqələr: Hüseyn Novruzov, 70 (qeyri-idman hərəkəti); Ruslan Əmircanov, 77 (qeyri-idman hərəkəti) // Hüseyn Əliyev, 79 (qeyri-idman hərəkəti); Elgün Abbaslı, 90+4 (qeyri-idman hərəkəti); Cəfər Əlizadə, 90+6 (oyunun bərpasının ləngidilməsi)
Qol: Aqşin Paşayev, 41
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 6 dəq.

“Cəbrayıl”

1. Fərman Bayramov
20. Ruslan Əmircanov (k)
10. Elvin Məmmədov
(9. Ruslan Voronsov, 75)
28. Cavid Tağıyev
4. Vüsal Səfərov
25. Baxşəli Baxşəliyev
(77. Zahir Mirzəzadə, 60)
13. Elşad Əliyev
19. Məhərrəm Orucov
33. Hüseyn Novruzov
22. Əli Nəcəfli
14. Əliəkbər Şəbiyev
(11. Polad İbrahimov, 83)
Ehtiyat oyunçular:
12. Nurlan Quluzadə
23. Həsən Həsənli
44. Samir İbrahimov
7. Tapdıq Əhmədov
17. Nurlan Quliyev
5. Anar Qarayev
Baş məşqçi: Cavid Hüseynov

“Baku Sportinq”

1. Cəfər Əlizadə
13. Comərd Baxşəliyev
19. Hüseyn Axundov
25. Qərib İbrahimov
27. Bəxtiyar Soltanov
9. Röyal Nəcəfov (k)
4. Elşad Manafov
8. Aqşin Paşayev
7. Məhəmməd Xəlilov
17. Hüseyn Əliyev
32. Elməddin Hüseynzadə
(10. Elgün Abbaslı, 88)
Ehtiyat oyunçular:
22. Vaqif Şirinbəyov
28. Ülvi Quliyev
14. Emil Həsənzadə
6. Ağası Babayev
2. Ramil Rüstəmov
99. Hakan Həsənov
15. Azad Rəcəbov
Baş məşqçi: Elman Sultanov

Digər Xəbərlər
Xəbər Lenti