COP29

İki kobud səhv və ya  "Şəfa" necə şəfa tapdı? - VİDEO

2 May 18:00 II Divizion 659
İki kobud səhv və ya  "Şəfa" necə şəfa tapdı? - VİDEO

Azərbaycan II Liqasında XXIII turun oyunları keçirilib.

"Şəfa" Binədə "Dinamo"nu qəbul edib.

Paytaxt təmsilçilərinin dueli ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Elşad Məmmədovun çalışdırdığı komanda buna nail olmaq üçün bir azə əziyyət çəkib, çox yox.

Çünki “polislər” zədəli və cəzalı futbolçularının yoxluğunda zəif təsir bağışlayıb. Çempionatın ən yaxşı hücumçularından sayılan Valeh Seyidovun olmaması “Dinamo”ya xeyli problem yaradıb.

Ön xətdə özünü göstərən çatışmazlıq birinci zonaya da sirayət edib. “Şəfa” hər iki qolu rəqib müdafiəçilərin fərdi səhvləri nəticəsində vurub.

İntiqam Məmmədov, 45+2-ci dəqiqədə penaltidən hesab arasındakı fərqi azaldıb, ümid yaranıb ki, fasilədən sonra status-kvo bərpa olunar.

Kimə deyirsən, “Dinamo” ikinci yaırda da “dişsiz” təsir bağışlayıb, beləcə növbəti məğlubiyyəti ilə barışıb.

Xallarını 17-yə yüksəldən "Şəfa" turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.24 xalı olan "Dinamo" isə 9-cu yerdədir.

SPORTİNFO.AZ

Binə qəsəbə stadionu. 50 tamaşaçı
Baş hakim: Rövşən Rəcəbov
Baş hakimin köməkçiləri: Şirmamed Mamedov, Teymur Teymurov
Dördüncü hakim: Fəridə Lütfəliyeva
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Mahal Məmmədov
Sarı vərəqələr: Ramiz Qasımov, 45+1 (qeyri-idman hərəkəti); Fuad Cahangirli, 82 (qeyri-idman hərəkəti); Nəbi Nəbizadə, 89 (qeyri-idman hərəkəti) // Fizuli Dəmirov, 26 (qeyri-idman hərəkəti); Əli Məmmədli, 30 (qeyri-idman hərəkəti); İntiqam Məmmədov, 41 (qeyri-idman hərəkəti); Ziya Məmmədli, 61 (qeyri-idman hərəkəti)
Qollar: Loğman Əliyev, 10; İlkin Mikayılov, 32 // İntiqam Məmmədov, 45+2 (p.)
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 4 dəq.

“Şəfa”

22. Uğur İbrahimov (k)
3. Mehman İbadov
(9. Murad Mehdiyev, 65)
23. Nicat Abbasov
10. İlkin Mikayılov
30. Emil Məmmədov
44. Ramiz Qasımov
(77. Nəbi Nəbizadə, 74)
8. Fərid İslamzadə
4. Loğman Əliyev
66. Fuad Cahangirli
11. Cavanşir Tahirov
(17. Rəhim Nağıyev, 65)
2. Əhməd Babayev
(5. Emin Məhərrəmli, 74)
Ehtiyat oyunçular:
1. Fərrux Əzizov
99. Əli Əliyev
20. Elşən Mirzəzadə
Baş məşqçi: Elşad Məmmədov

Dinamo”

1. İbrahim Bağırov
11. Şahin Əliyev
8. İntiqam Məmmədov
27. Rəsul Babazadə (k)
(19. Əkbər Səfərzadə, 75)
24. İlkin Həsənli
(15. Tərlan Veysəlli, 65)
10. Ziya Məmmədli
6. Kərim Məmmədov
4. Ömər Əsgərov
(16. Aslan Səlimov, 38)
17. Fizuli Dəmirov
44. Əli Məmmədli
2. Nihad Mahmudzadə
Ehtiyat oyunçular:
12. Elmin Qaçaylı
3. Amil Cabbarlı
55. Nihat Bayramlı
99. Uğur Sayıllı
14. Rəmzi Səfərov
Məşqçi: İsmayıl Vəkiliqazicahani

Digər Xəbərlər
Xəbər Lenti