COP29

"Futbolumuza bu cür təmiz insanlar lazımdır" - Klub prezidenti təklif edir ki…

30 Aprel 15:00 II Divizion 1 162
"Futbolumuza bu cür təmiz insanlar lazımdır" - Klub prezidenti təklif edir ki…

«Yeni mövsümdən islahatlara start verilsə, hamımız buna sevinərik».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Dinamo»nun İdarə Heyətinin sədri Yaşar Seyidov deyib.

Səkkiz ildən sonra futbol səhnəsinə qayıdan klubun rəhbəri II Liqanın Əsasnaməsində bəzi yeniliklərin edilməsini istəyir.

Tanınmış funksioner bildirib ki, AFFA çempionatın iştirakçılarının peşəkarlıq yönündə addımlar atmasını dəstəkləsə, yaxşı olar:

«Məlum oldutğu kimi, İkinci Liqa yarımhəvəskar yarışır. Burada mübarizə aparan klubların peşəkar status alması çox vacibdir.

AFFA və Peşəkar Futbol Liqası bu liqanı yaratmaqla böyük iş gördü. Həqiqi inkişaf yolunda İkinci Liqanın dəyəri çoxdur.

Sevinirəm ki, heç bir komanda mövsümün gedişində fəaliyyətini dayandırmadı, çempionatdan yarımçıq çıxmadı, təqvim üzrə nəzərdə tutulan bütün oyunlar baş tutdu.

İstərdik ki, bu, həmişə belə olsun. Klubların peşəkar status almasıyla məsuliyyət hissi daha da artacaq.

Mənim İkinci Liqayla bağlı təkliflərim çoxdur. Klubların maddi-texniki bazasının gücləndirilməsi, iş adamlarının çempionata marağının yaradılması və başqa bir neçə təkliflərim var.

Yaxınlarda AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyevlə görüşüb, onunla bu haqda söhbət edəcəm. Sərxan müəllim futbolun inkişafını istəyən, bunun üçün çalışan şəxsdir.

Klublar ötən 2 ildə ondan çox dəstək görüb. Mən sevinirəm ki, o, AFFA-nın yeni rəhbərliyində də təmsil olunur.

Futbolumuza bu cür təmiz insanlar lazımdır».

Digər Xəbərlər
Xəbər Lenti