Azərbaycanlı “Ronaldo” və ayağı “sözünə baxmayan” - VİDEO

3 Aprel 18:00 II Divizion 1 027
Azərbaycanlı “Ronaldo” və ayağı “sözünə baxmayan” - VİDEO

Azərbaycan II Liqasında XIX turun görüşləri keçirilib .

"Şəki Siti" doğma rayonda "Şəmkir"i qəbul edib.

Qarşılaşma qonaqların hücumları ilə başlayıb. Qərb təmsilçisi ilk hissədə inanılmaz epizodlar qaçırıb.

“Şəmkir”in qapısına yaxınlaşa bilməyən ev sahibləri uzaqdan zərbələrə üstünlük verib. Stadiona toplaşan 300 azarkeş yalnız 1 qol görüb.

O da ikinci hissənin əvvəlində “Şəmkir”li oyunçuların orta sahədə ard-arda səhv ötürmələrindən sonra topu ələ keçirən Tural Məmmədzadə 55-ci dəqiqədə gözəl zərbəylə hesabı açıb.

Səbəbkar qol sevincini Ronaldo kimi bölüşüb və tribuna əhlini əyləndirib. Gözlənilməz gedişatdan şok keçirən “Şəmkir”lilər 4 dəqiqə sonra daha bir zərbə alıb.

Cərimə meydanaçasından kənara çıxan kapitan Novruz Rəhimov topu uzaqlaşırmaq istəsə də, ilk iki cəhdi alınmayıb.

Ayağı boşa çıxan qapıçı topu götürüb ondan uzaqlaşmaq istəyən Məmmədzadəni kobudluqla dayandırıb. Baş hakim Mahmud Bağırzadənin ona qırmızı vərəqə göstərməsindən sonra qonaqlar oyundan qapub.

Yalnız bir fraqmentdə “Şəki”ni cəzalandırmağa yaxın olan “ağ-göylər”on onda da bəxti gətirməyib.

Bu sarıdan “paxlavaçılar”ın da şansı üzünə gülməyib. Axır 30 dəqiqədə xeyli belə fürsəti fövtə veriblər.

Qarşılaşma ev sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 31-ə yüksəldən "Şəki Siti" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. 10 xalı olan "Şəmkir" isə 12-ci yerdədir.

SPORTİNFO.AZ

Şəki şəhər stadionu. 300 tamaşaçı
Baş hakim: Mahmud Bağırzadə
Baş hakimin köməkçiləri: Səbuhi Soltanov, Ruslan Quliyev
Dördüncü hakim: Maqsud Şamıyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Sarı vərəqələr: Tural Məmmədzadə, 73 (hakimin qərarına etiraz) // Surac Şahbazov, 64 (hakimin qərarına etiraz)
Qırmızı vərəqə: Novruz Rəhimov, 59 (rəqibi aşkar qol vurmadan məhrum etdiyinə görə)
Qol: Tural Məmmədzadə, 55
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 4 dəq.

“Sheki City”

62. Elnar Şabanov
5. Ramin İsmayılov (k)
14. Elçin Ramazanov
55. Nəriman İmayətov
27. Yusif Dilanov
9. Tural Məmmədzadə
44. Osman Soltanov
33. Tamerlan Rizvanov
7. Xaliq Şabanov
77. Ramin Məmmədov
60. Tunar Səlimov
Ehtiyat oyunçular:
12. Emil Mustafayev
99. Sərcan Omarov
22. Eldəniz Əliyev
Baş məşqçi: Firuddin Mövsümov

“Şəmkir”

12. Novruz Rəhimov (k)
19. Elxan Əzizov
6. Cavid Abbasov
14. Surac Şahbazov
57. Məzahir Əhmədov
(3. Kamran Kərimov, 73)
30. Kərəm Əhmədli
9. İlkin Əliyev
77. Yusif Rufullazadə
(4. Kənan İbişov, 67)
17. Asim Quliyev
(10. Sahib Cümşüdov, 67)
15. Aydın İsxanzadə
20. Taleh Nəbiyev
(1. İsrail İsmayılov, 62)
Ehtiyat oyunçular:
8. Ülfan Hüseynov
Baş məşqçi: Ceyhun Əhmədov

Digər Xəbərlər
Xəbər Lenti