Liqaya vəsiqə qazanan ilk komanda hansı olacaq? - İki məkandan CANLI YAYIM

17:00 II Divizion 90
Liqaya vəsiqə qazanan ilk komanda hansı olacaq? - İki məkandan CANLI YAYIM

II Liqada 26-cı tur davam edir.

Sportinfo.az xəbər verir ki, ikinci oyun günündə 2 matç keçiriləcək.

Lider "Xankəndi" "Şirvan"la, 2-ci yerdəki "Qaradağ Lökbatan" isə "Quba" ilə qarşılaşacaq. Sözügedən görüşlərlə sona 1 tur qalmış liqada çempion müəyyənləşə bilər.

Hazırda "Xankəndi"nin 70, "Qaradağ Lökbatan"ın 67 xalı var. "Qaradağ Lökbatan" uduzacağı halda "Xankəndi"yə 1 xal da bəs edəcək.

Əgər ikinci yerdəki komanda heç-heçə edərsə, lider kollektivə çempionluğu rəsmiləşdirmək üçün qələbə lazım olacaq.

Lakin hər iki komanda uduzsa, heç-heçə etsə və ya qələbə qazansa, çempionluğun taleyi son tura qalacaq.

“Xankəndi” – “Şirvan”
Hakimlər: Namiq Bəkirov, Vüqar Bayramov, İlkin Mustafazadə, Hacıağa Həsənov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Asif Əliyev
Şamaxı OİK sadionu

“Qaradağ Lökbatan” – “Quba”
Hakimlər: Rövşən Rəcəbov, Məmmədəli Kərimov, Əhməd Əhmədsoy, Nazim Abdullayev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Elvin Yaqub
Lökbatan OİK stadionu

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti