Baş katib verdiyi vədi yerinə yetirdi, kluba köməklik etdi - FOTOLAR

17:40 II Divizion 189
Baş katib verdiyi vədi yerinə yetirdi, kluba köməklik etdi - FOTOLAR

Yaxınlarda AFFA-nın İnfrastruktur Departamentinin rəhbəri Fuad Cəfərov “Şəmkir”in ev oyunlarını keçirdiyi Şəmkir Olimpiya İdman Kompleksinin stadionuna baxış keçirib.

Baxış zamanı stadionun, xüsusilə də meydança örtüyünün ideal vəziyyətə gətirilməsi məsələləri müzakirə olunub.

Yerli klubun prezidenti Adil Əliyev ilə birgə aparılan fikir mübadiləsi nəticəsində gələcək planlar və görüləcək işlər ətrafında razılıq əldə edilib. Cəfərov qeyd edib ki, AFFA tərəfindən bu istiqamətdə müvafiq dəstək göstəriləcək.

… Və artıq proses başlayıb. Arenada yenidənqurma işlərinə start verilib.

Bütün bunlar AFFA-nın baş katibi Cahangir Fərəcullayevin tapşırığıdır. Bir müddət əvvəl A.Əliyevlə görüşən federasiya mənsubu verdiyi sözü tutub.

Fərəcullayev Şəmkirdə futbol infrastrukturunun yaxşılaşdırılması yönündə qurumun əlindən gələni əsirgəməyəcəyini vəd etmişdi və o günü görmək üçün çox gözləmək lazım gəlməyib.

Baş katibin göstərişi ilə «Şəmkir»ə otbiçən maşın hədiyyə olunub. Stadionun dəhlizi, paltardəyişmə və hakimlər otaqları təmir ediləcək.

Yaxınlarda da meydançanın dəyişdirilməsini görəcəyik. Qazon yenə təbii olacaq. Toxum və digər lazımı infventarlar AFFA tərəfindən kluba havayı veriləcək.

Yaşıl sahənin qaydasında saxlanılması isə «Şəmkir»in öhdəliyindədir. Məkana qulluq məqsədilə hər ay 4000-5000 manat vəsait ayrılacaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti