Liqaya kim gedəcək, kim qalacaq? - İki məkandan CANLI YAYIM

16:00 II Divizion 129
Liqaya kim gedəcək, kim qalacaq? - İki məkandan CANLI YAYIM

Bu gün II Liqada 24-cü tura yekun vurulacaq.

Sportinfo.az xəbər verir ki, son oyun günündə 2 matç keçiriləcək.

Turun mərkəzi oyunu Şamaxıda olacaq. Burada lider "Xankəndi" ikinci yerdəki "Qaradağ Lökbatan"la qarşılaşacaq.

Qələbə qazanan tərəf I Liqaya birbaşa vəsiqəyə yiyələnmək baxımından mühüm üstünlük əldə edəcək.

Digər görüşdə isə "Şəmkir" doğma rayonda "Quba" ilə üz-üzə gələcək.

“Xankəndi” – “Qaradağ Lökbatan”
Hakimlər: İnqilab Məmmədov, Orxan İbişov, Mirnihad Seyidov, Kamil Aydınov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Törə Əhmədova
Şamaxı OİK stadionu, 16:00

“Şəmkir” – “Quba”
Hakimlər: Murad Səlimov, Sevda Nuriyeva, Əhməd Əhmədsoy, Vüqar Alıyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Azər Əsgərov
Şəmkir OİK Stadionu, 16:30

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti