Daha bir yenilik gəlir! Bu liqada ilk dəfə - AÇIQLAMA

09:50 II Divizion 169
Daha bir yenilik gəlir! Bu liqada ilk dəfə - AÇIQLAMA

II Liqanın iştirakçılarından «Dinamo» yenilik etməyə hazırlaşır.

Bu barədə saytımıza İdarə Heyətinin sədri Yaşar Seyidov məlumat verib.

Üç il öncə fəaliyyətini bərpa edən «polislər»in başçısı bildirib ki, tezliklə klubun rəsmi saytı istifadəyə veriləcək. Eyni zamanda, bütün sosial şəbəkə hesabları açılacaq.

Təcrübəli idarəçi deyib ki, «Dinamo» peşəkarlaşma yolunda plan üzərində işləyir:

«İndi bu, bizim üçün çox vacibdir. İkinci Liqada çıxış eləyiriksə, bununla kifayətlənməli deyilik.

İnkişaf üçün çalışmalıyıq. «Dinamo»nu respublikanın hər yerində tanıyırlar.

Böyük akademiyasız var. Bakıdan və Abşerondan bura axın çoxdur.

Nə qədər valideyn klubumuzla maraqlanır, öz övladını gətirmək istəyir. Zarafat gəlməsin, Azərbaycanda neçə klubun akdemiyasında 300-dən çox uşaq futbolun sirlərini öyrənir?

«Dinamo» bu mənada öncüllərdən biridir. Rəsmi saytın üzərində hazırda son tamamlama işləri gedir.

Sosial şəbəkə hesabları da yenilənmə mərhələsindədir. Bu gün İkinci Liqada bu işləri görən ikinci klub yoxdur».

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti