Baş məşqçisi qovulan klub 250 manat cərimə edildi

22 Aprel 03:20 II Divizion 778
Baş məşqçisi qovulan klub 250 manat cərimə edildi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda 2-ci Liqanın 23-cü turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Kür-Araz” – “Göygöl” oyununda “Kür-Araz” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Kür-Araz” komandası 70 manat cərimə edilib.

“Kür-Araz” – “Göygöl” oyununda təşkilati-texniki öhdəliklər pozulduğuna görə “Kür-Araz” komandası 100 manat cərimə edilib.

“Xankəndi” – “Dinamo” oyununun 90-cı dəqiqəsində “Dinamo” komandasının məşqçisi İsmael Vəkiliqazicahani hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəza alıb, “Dinamo” komandası 250 manat cərimə edilib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Avqust 17:30 Çək və bizə göndər!
25 Avqust 00:40 "Biz böyük komandayıq"