II Liqada 23-cü tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, son gündə 4 oyun baş tutub.
“Xankəndi” “Dinamo”nu, “Quba” “Şirvan”ı məğlub edib. “Şəki” “Araz Saatlı”ya böyük hesabla uduzub,
“Qaradağ Lökbatan” isə “Şəmkir”ə böyük hesabla qalib gəlib.
Daha öncə “Ağdaş” “Ağstafa Gəncləri”nə uduzub (0:1), “Kür-Araz” “Göygöl”ə qalib gəlib – 2:0.
“Xankəndi” – “Dinamo” 2:1
Qollar: Emin Quliyev, 13; Bəhruz Teymurov, 90+2 // Fizuli Dəmirov, 88
Şamaxı OİK stadionu
“Quba” – “Şirvan” 3:1
Qollar: Ramin Məhərrəmov, 19; İbrahim İbrahimli, 41; Raul Zeynallı, 58 // Qərib İbrahimov, 84
Quba OİK stadionu
“Şəki Siti” – “Araz Saatlı”- 1:8
Qollar: Saleh Süleymanov, 39 // Elariz Xəlilli, 4, 24, 67; Xəyal Bədirov, 11; Mehman Məsimov, 43, 68, 81; Nizami Səmədov, 8
Zaqatala OİK stadionu
“Qaradağ Lökbatan” – “Şəmkir” 9:1
Qollar: F.Abbaslı, 2, R.Orucov, 9, A.Mikayılov, 21-pen; S.Allahquliyev, 49, 88, 90+1, İ.Əliyev, 63, İ.Müseyibov, 87, İ.Ağayarov, 90+3 // S.Abbasov, 61
Lökbatan OİK stadionu


