Bu gün II Liqada 23-cü tur yekun vurulacaq.
Sportinfo.az son oyun günündə dörd matç keçiriləcək.
Çempionatın lideri olan “Xankəndi” Şamaxıda “Dinamo”nu qəbul edəcək.
İkinci sıradakı “Qaradağ Lökbatan“ doğma qəsəbədə “Şəmkir“i sınağa çəkəcək.
Üçüncü pillədəki “Quba“nın qonağı “Şirvan“ olacaq. Turnir cədvəlinin lap “dib“ində yer alan “Araz Saatlı” Zaqatalada “Şəki”nin önünə çıxacaq.
“Xankəndi” – “Dinamo”
Hakimlər: Niyaz Əhmədov, Vüqar Bayramov, Sevda Nuriyeva, Samir Musayev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Şamaxı OİK stadionu, 16:00
“Quba” – “Şirvan”
Hakimlər: Nəriman Ağayev, Rizvan Süleymanov, Əhməd Əhmədsoy, Xəlil Xəlilov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Quba OİK stadionu, 16:00
“Sheki City” – “Araz Saatlı”
Hakimlər: Kamil Aydınov, Elvin Mədətov, Ağadur Mahmudov, Samir Hüseynov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Mahal Məmmədov
Zaqatala OİK stadionu, 16:30
“Qaradağ Lökbatan” – “Şəmkir”
Hakimlər: Nazim Abdullayev, Ruslan Babayev, Hüseyn Vəliyev, Pərviz İbrahimov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Lökbatan OİK stadionu, 16:30


