II Liqada 21-ci tura start verilib.
Sportinfo.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib.
"Göygöl" evdə "Ağdaş"ı, "Araz Saatlı" isə "Ağstafa Gəncləri"ni qəbul edib.
Ağdaşlılar səfərdən 3 xalla qayıdıbsa, Saatlı komandası qonaqları böyükhesablı məğlubiyyətə uğradıb.
“Göygöl” – “Ağdaş” 0:2
Qollar: Elçin Süleymanov, 18, 39
Göygöl OİK stadionu
"Araz Saatlı” – “Ağstafa Gəncləri” 7:1
Qollar: X.Bədirov, 30,90, R.Rüstəmov, 48, M.Məsimov, 54, 68, N.Səmədov, 75, E.Xəlilli, 77 // K.Hüseynov, 81
Saatlı OİK stadionu
7 aprel (çərşənbə axşamı)
15:00. “Dinamo” – “Qaradağ Lökbatan”
16:00. “Şirvan” – “Xankəndi”
16:00. “Kür-Araz” – “Şəmkir”
9 aprel (cümə axşamı)
16:00. “Quba” – “Şəki Siti”


