Bu gün II Liqada 21-ci tur başlayacaq.
Sportinfo.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçiriləcək.
Çempionatı tərk etmək təhlükəsi ilə üzləşən komandalar üz-üzə gələcək.
"Göygöl" doğma rayonda "Ağdaş"ı qonaq edəcəksə, "Araz Saatlı" yerli publika qaşısında "Ağstafa Gəncləri"ni sınağa çəkəcək.
“Göygöl” – “Ağdaş”
Hakimlər: Rasim Musayev, Taleh Məmmədov, Rəşad Quliyev, Sərxan İsmayılov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Göygöl OİK stadionu, 15:00
“Araz Saatlı” – “Ağstafa Gəncləri”
Hakimlər: Səbuhi Bayramov, Məmmədəli Kərimov, Əkbər Əliyev, Vüqar Alıyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Novruz Əzimov
Saatlı OİK stadionu, 15:30

