Bu gün hansı rayonlarda futbola baxmaq olar? - CANLI YAYIM

14:50 II Divizion 96
Bu gün hansı rayonlarda futbola baxmaq olar? - CANLI YAYIM

II Liqada 20-ci tur davam edir.

Sportinfo.az xəbər verir ki, bu gün daha 4 oyun keçiriləcək.

Birinci yerə iddialı «Qaradağ Lökbatan» təmsilçisi olduğu qəsəbədə «Şirvan»ı qonaq edəcək.

«Şəmkir» doğma rayonda «Göygöl»ü qonaqlayacaq.

Çempionatda qalmaq istəyən «Araz-Saatlı» Ağdaşda eyniadlı komandanın önünə çıxacaq. “Ağstafa Gəncləri” isə Göygöldə “Quba” ilə görüşəcək.

“Ağstafa Gəncləri” – “Quba”
Hakimlər: Səbuhi Bayramov, Tural Bayramov, Rəşad Quliyev, İrşad Aydınov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Göygöl OİK stadionu, 15:00

“Ağdaş” – “Araz Saatlı”
Hakimlər: Nahid Xasıyev, Vüqar Bayramov, Hüseyn Vəliyev, Vüqar Alıyev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Elman Musayev
Ağdaş şəhər stadionu, 15:00

“Şəmkir” – “Göygöl”
Hakimlər: Murad Səlimov, Məmmədəli Kərimov, Elmin Süleymanov, Hacıağa Həsənov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: İlham Əliyev
Şəmkir OİK stadionu, 15:00

“Qaradağ Lökbatan” – “Şirvan”
Hakimlər: Rövşən Rəcəbov, Sevda Nuriyeva, Ruslan Babayev, Fəridə Lütfəliyeva
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Namiq Əliyev
Lökbatan OİK stadionu, 15:00

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti