II Liqada üçüncü mövsümünü keçirən «Şəmkir»in təsisçisi və prezidentidəyişib.
Yaxınlarda rəhbər postdan gedən Vüsal Məmmədov hər şeyi təhvil-təslim edib.
Klubun yeni təsisçisi və başqanı Adil Əliyevdir.
O, uzun illər hüquq-mühafizə orqanlarında çalışıb, müxtəlif yüksək vəzifələr tutub. Hazırda isə biznes fəaliyyəti ilə məşğuldur.
Şəmkir ictimaiyyəti arasında böyük nüfuza və hörmətə malikdir. İndiyədək rayonda futbolun yaşaması üçün böyük miqdarda vəsait xərcləməsi məlumdur.
Üç ildən artıq müddətdə kluba başçılıq etmiş V.Məmmədov öz istəyi ilə bu postu boşaldıb. Keçmiş futbolçu «Şəmkir»lə vidalaşandan sonra Azərbaycanı tərk edərək Rusiyaya yollanıb.
19 tura 32 xal toplayan «Şəmkir» turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb. Komandaya ikinci dövrəni ilk «altılığ»ında başa vuraraq, I Liqaya vəsiqə qazanmaq iddiasını qorumaqda israrlıdır.
SPORTİNFO.AZ

