Nə “Qaradağ” imkan verdi, nə “Xankəndi” - Sürpriz olmadı

01:10 II Divizion 101
Nə “Qaradağ” imkan verdi, nə “Xankəndi” - Sürpriz olmadı

II Liqada 19-cu tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, son gündə 3 oyun baş tutub.

Çempionluq uğrunda mübarizə aparan “Qaradağ Lökbatan” və “Xankəndi” hesabat həftəsini qələbəylə bitirib.

“Qaradağ” İmişlidə “Kür-Araz”a, Qarabağ təmsilçisi dəfətrdə “Göygöl”ə üstün gəlib. “Ağdaş” isə doğma meydanda “Şəmkir”ə uduzub.

Kür-Araz” – “Qaradağ Lökbatan” 2:5
Qollar
: Bayram Əliyev, 29. Elxan Məmmədov, 40 – İlham Hüseynov, 13. Sabir Allahquliyev, 45+3. İsa Zeynallı, 77. Fərid Abbaslı, 85. Ramil Orucov, 88.

“Göygöl” – “Xankəndi” 0:5
Qollar
: Bəhruz Teymurov, 26. Hüseyn Hüseynli, 31. Emin Quliyev, 61; 83. Elvin Nəsibov, 67.

“Ağdaş” – “Şəmkir” 1:2
Qollar
: Elçin Süleymanov, 25 – İbrahim Camalov, 38. Hüseyn Atayev, 67.

Turun digər oyunları:
“Araz Saatlı” – “Quba” 3:1
“Dinamo” – “Ağstafa Gəncləri” 3:1
“Şirvan” – “Şəki” 2:2

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti