Bu gün II Liqada 19-cu tur start götürəcək.
Sportinfo.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçiriləcək.
Turnir cədvəlində sonuncu yeri tutan «Araz-Saatlı» təmsil etdiyi rayonda «Quba»nın yolunu gözləyirsə,
Daxili İşlər Nazirliyinin komandası olan «Dinamo» Binədə «Ağstafa Gəncləri» ilə üz-üzə gələcək.
“Şirvan” isə eyniadlı məkanda “Sheki City”ni sınağa çəkəcək.
“Araz Saatlı” – “Quba”
Hakimlər: Rasim Musayev, Samir Qaracayev, Ruslan Məmmədov, Səbuhi Bayramov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Saatlı OİK stadionu
“Dinamo” – “Ağstafa Gəncləri”
Hakimlər: Sənan Bayramzadə, Orxan İbişov, Cavid Ömərov, Ləman Əmirli
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Asif Əliyev
Binə qəsəbə stadionu
“Şirvan” – “Sheki City”
Hakimlər: Kamil Aydınov, Safalı Ağayev, Hüseyn Vəliyev, Rəsul Babayev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Şirvan OİK stadionu

