Öncə baş məşqçi vəzifəsindən uzaqlaşdırıldı, indi də...

01:00 II Divizion 138
Öncə baş məşqçi vəzifəsindən uzaqlaşdırıldı, indi də...

II Liqada çempionluğa əsas namizəd olan “Xankəndi” baş məşqçisi İbrahim Uzunca ilə bağlı yenidən ayrılıq qərarı verib.

İşlərinin çoxluğu səbəbindən yanvarın 6-da əsas komandadakı işindən ayrılan mütəxəssis klubun Futbol Akademiyasında koordinator təyin olunmuşdu.

Amma onun buradakı fəaliyyəti də qısa çəkib.

Sportinfo.az xəbər verir ki, U\zunca bundan sonra “Bakı Karagümrük” futbol məktəbində çalışacaq.

İbrahim Uzunca 2025-ci ildə “Xankəndi”ni Region Liqasından II Liqaya yüksəldib.

O, karyerası ərzində Azərbaycanda “Lokomotiv” (Biləcəri), “Bakı”, “Şahdağ” (Quba), “Xan Lənkəran” və “Dinamo” klublarında baş məşqçi kimi çalışıb.

Türkiyədə isə o, “Adana Demirspor”, “Kayseri Erciyesspor”, “Pozantı Gençlik”, “Kadirli Demir”, “Mimaroba (Küçükçekmece SK)” və “Osmaniyespor” klublarında fəaliyyət göstərib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti