II Liqada 18-ci tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, 2-ci oyun günündə 4 matç keçirilib.
Lider "Xankəndi" "Ağdaş"ı qəbul edib. Meydan sahibləri rəqib qapısından 5 cavabsız qol keçirərək qələbə qazanıb.
2-ci pillədə yer alan "Qaradağ Lökbatan" "Göygöl"ü 7 cavabsız qolla məğlubiyyətə uğradıb.
Günün digər qarşılaşmalarında "Şəmkir" "Araz-Saatlı"ya, "Dinamo" isə "Quba"ya minimal hesabla qalib gəlib.
"Xankəndi” – “Ağdaş” 5:0
Qollar: Elvin Nəsibov, 1, 78; Müşfiq Teymurov, 22; Bəhruz Teymurov, 43; Tural Qurbatov, 49
Hakimlər: Şamil İmanzadə, Tural Bayramov, Sadiq Əliyev, Pərviz İbrahimov
Palms Sports Futbol Mərkəzi (IV meydança)
"Şəmkir” – “Araz Saatlı” 1:0
Qol: Tural Məmmədzadə, 67-pen.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Elçin Abdullayev
Şəmkir OİK stadionu
“Qaradağ Lökbatan” – “Göygöl” 7:0
Qollar: Nicat Əskərov, 19; Tofiq Nəsibov, 24, 58-pen; 90-pen; Ayaz Mikayılov, 48; Sabir Allahquliyev, 55; Emil Quluzadə, 85
Hakimlər: Nazim Abdullayev, Gülnurə Əkbərzadə, Sevda Nuriyeva, Rəsul Babayev
Lökbatan OİK stadionu
“Quba” – “Dinamo” 0:1
Qol: Yadigar Qarayev, 86
Hakimlər: Niyaz Əhmədov, Zakir Şükürzadə, Məmmədəli Kərimov, Ceyhun Hüseynov
Quba OİK stadionu
16 mart (bazar ertəsi)
“Şəki Siti” – “Kür-Araz” - 4:3
“Ağstafa Gəncləri” – “Şirvan” - 1:2


