Azərbaycanda bu klubun prezidenti vəzifəsindən getdi - FOTO

11:40 II Divizion 238
Azərbaycanda bu klubun prezidenti vəzifəsindən getdi - FOTO

II Liqada yarışan «Şəmkir»də ayrılıqlar davam etməkdədir.

Vüsal Məmmədov prezident vəzifəsindən ayrılıb.

Üç ildən artıq müddətdə kluba başçılıq etmiş keçmiş futbolçu öz istəyi ilə bu postu boşaldıb.

Həmçinin ötən ilin noyabrında komandanın sükanı arxasına keçmiş Rasim Əliyev artıq buradan gedib.

«A» kateqoriyalı mütəxəssis klub rəhbərliyi ilə arasında yaranan narazılığa görə iş yerini tərk edib.

Belə ki, tovuzlu çalışdırıcı onlara yaradılan şəraitdən məmnun qalmayıb, verilən vədlərin yerinə yetirilməməsindən şikayətçi düşüb. Çətin şərtlər altında işləmək istəməyən Əliyev istefa ərizəsi yazıb.

Vaxtilə iki dəfə ölkə çempionu olmuş «ağ-qırmızılar» hazırda II Liqanın ortababları sırasındadır. 17 tura 26 xal toplamış qərb təmsilçisi turnir cədvəlinin 6-cı pilləsində yerləşib.

«Şəmkir» cari mövsümə Vüqar Nadirovla start verib. Ardıcıl məğlubiyyətlərdən sonra onunla yollar ayrılıb.

SPORTİNFO.AZ

"Şəmkir"in prezidenti: "Heç dədəmə borcum yoxdur, nəinki hansısa futbolçuya"

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti