Stadionun ot örtüyü yararsız vəziyyətə düşdü, oyunun yeri dəyişdirildi

16 Mart 02:20 II Divizion 854
Stadionun ot örtüyü yararsız vəziyyətə düşdü, oyunun yeri dəyişdirildi

Əlverişsiz hava şəraiti səbəbindən "Ağstafa Gəncləri"nin ev oyunlarını keçirdiyi Ağstafa şəhər stadionunun ot örtüyü yararsız vəziyyətə düşüb.

Sportinfo.az xəbər verir ki, bununla əlaqədar II Liqanın 18-ci turu çərçivəsində 16 mart tarixində keçirilməsi planlaşdırılan "Ağstafa Gəncləri" – "Şirvan" oyununun yeri dəyişdirilib.

Hər iki klubla aparılan müzakirələrdən sonra Peşəkar Futbol Liqası qarşılaşmanın Göygöl Olimpiya İdman Kompleksinin stadionunda keçirilməsinə qərar verib.

Oyunun başlanma saatı və digər detallar dəyişməz olaraq qalır.

Digər Xəbərlər
Xəbər Lenti
25 Avqust 17:30 Çək və bizə göndər!