II Liqanın iştirakçılarından «Şəmkir» yenə başsız qalıb.
Ötən ilin noyabrında komandanın sükanı arxasına keçmiş Rasim Əliyev artıq buradan ayrılıb.
«A» kateqoriyalı mütəxəssis klub rəhbərliyi ilə arasında yaranan narazılığa görə iş yerini tərk edib.
Belə ki, tovuzlu çalışdırıcı onlara yaradılan şəraitdən məmnun qalmayıb, verilən vədlərin yerinə yetirilməməsindən şikayətçi düşüb. Çətin şərtlər altında işləmək istəməyən Əliyev istefa ərizəsi yazıb.
Vaxtilə iki dəfə ölkə çempionu olmuş «ağ-qırmızılar» hazırda II Liqanın ortababları sırasındadır. 17 tura 26 xal toplamış qərb təmsilçisi turnir cədvəlinin 6-cı pilləsində yerləşib.
«Şəmkir» cari mövsümə Vüqar Nadirovla start verib. Ardıcıl məğlubiyyətlərdən sonra onunla yollar ayrılıb.
SPORTİNFO.AZ


