İkinci Liqada çıxış edən “Şəmkir”ə texniki məğlubiyyət verilib.
Bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul edilib.
Buna səbəb Şəmkir rayonunun eyniadlı təmisçisinin 17-ci tur çərçivəsində “Xankəndi” ilə oyunda Əsasnamənin tələblərini pozmasıdır.
Bildirilib ki, meydan sahibi komanda tələbləri pozaraq oyuna çıxacağı forma haqqında məlumat vermədiyinə, AFFA nümayəndəsinin, Peşəkar Futbol Liqasının (PFL) tələblərinə məhəl qoymadığına, müxtəlif bəhanələrlə matçın keçirilməsindən imtina etdiyinə və PFL tərəfindən təyin edilmiş, nümayəndə və hakimlər tərəfindən bildirilmiş oyun vaxtında meydana çıxmadığına görə 0:3 hesablı texniki məğlubiyyət (maddə 58.3, 77.1, 88, 94) alıb.
Bu matç formaların oxşar olması səbəbindən baş tutmayıb. Redaksiyamıza Şəmkirdəki olaya aid bəzi videolar göndərilib.
Onların içində bir kadr daha çox diqqətimizi çəkib. Belə ki, matçın AFFA nümayəndəsi Namiq Əliyev qonaq komandanın futbolçularına isti münasibət göstərib.
Sanki “Xankəndi”nin rəsmisi kimi onlarla söhbət edən federasiyanın təmsilçisi formasının arxasına nömrə yazılmamış oyunçuya”elə bil ki, toydasan, fotosessiya etdirirsən” söyləyib və onu telefonla çəkib.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

