AFFA İntizam Komitəsi "Şəmkir"ə texniki məğlubiyyət verib.
Sportinfo.az xəbər verir ki, bu haqda komitənin bu gün açıqlanan qərarında qeyd edilib.
Bildirilib ki, martın 9-u keçirilməli olan II Liqanın 17-ci turunun “Şəmkir” – “Xankəndi” qarşılaşmasından əvvəl “Şəmkir” Əsasnamənin tələblərini pozaraq oyuna çıxacağı forma haqqında məlumat verməyib.
Bundan başqa, klub tərəfindən AFFA nümayəndəsinin, PFL-in tələblərinə məhəl qoyulmayıb.
"Şəmkir" müxtəlif bəhanələrlə matçın keçirilməsindən imtina etdiyinə və PFL tərəfindən təyin edilmiş, nümayəndə və hakimlər tərəfindən bildirilmiş oyun vaxtında meydançaya çıxmadığına görə komandaya 0:3 hesablı texniki məğlubiyyət verilsin" - qərarda qeyd edilib.

