Klubun pulu kəsildi, dağılmaq təhlükəsi ilə üzləşdi - SON DƏQİQƏ

14:00 II Divizion 345
Klubun pulu kəsildi, dağılmaq təhlükəsi ilə üzləşdi - SON DƏQİQƏ

II Liqanın iştirakçılarından «Araz Saatlı» dağılmaq təhlükəsi ilə üzləşib.

Çempionatda ikinci mövsümünü keçirən aran təmsilçisi ciddi maliyyə böhranı yaşayır.

Digər iştirakçılardan fərqli olaraq, AFFA Saatlı komandasına maliyyə dəstəyini dayandırıb. Artıq 3 aydan çoxdur ki, federasiya kubun yardım paketini «dondurub».

Bu məbləğin hər ay üzrə 5800 manat olmasını nəzərə alsaq, «Araz»ın neçə vəziyyətlə qarşılaşmasını təsəvvür edərik.

Çünki göstərilən vəsait heç bir yerdən maddi dəstək almayan, sponsoru olmayan saatlılar üçün böyük puldur. «Araz» dekabr, yanvar və fevral ayının yardım paketini nə vaxt alacağını bilmir.

Problemin nədən qaynaqlanmasından nə baş məşqçi Şəhriyar Məmmədov məlumatlıdır, nə də futbolçular.

Saatlı komandası hazırda II Liqanın «zirzəmi»sindədir. 16 xala cəmi 4 xal toplaya bilmiş kollektiv turnir cədvəlinin son sırasına yuvarlanıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti