"Xankəndi" forma tapmadı, özünü "Barselona"ya oxşatdı – HƏMİN VİDEOya baxın!

19:40 II Divizion 179
"Xankəndi" forma tapmadı, özünü "Barselona"ya oxşatdı – HƏMİN VİDEOya baxın!

II Liqada 17-ci turun oyunları davam edir.

İkinci oyun gününün ilk qarşılaşmasında "Şirvan" doğma meydanda "Quba"nı qəbul edib.

Matç ev sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb.

Günün digər qarşılaşması olan "Şəmkir" - "Xankəndi" matçı isə baş tutmayıb. Buna səbəb hər iki klubun oyunçularının oxşar rəngdə geyimdən istifadə etməsidir.

Qonaqlar səfərə ağ və göy formayla yollanıbsa, meydan yiyələrində göy-ağ forma olub. Belədə baş hakim Kamran Əliyev «Xankəndi»dən başqa rəngdə gyeim tapmalarını istəyib.

Odur ki, 15:00-da başlanmalı olan qarşılaşmanın start saatı iki dəfə irəli çəkilib. Öncə 15:40-a təyin edilib, ardınca 16:30-ə.

Çempionatın lideri 16:15-də «Barselona»nın formasına oxşayan geyim taparaq, yaşıl sahəyə ayaq basıb. «Şəmkir»lilər isə paltardəyişmə otağının yolunu tutub və bir daha geri qayıtmayıb.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

"Şirvan" - "Quba" 1:0
Qol: R.Şahbazov, 10
Hakimlər: Rəsul Babayev, Asif Abdullayev, Rasim Axundov, Vüqar Alıyev
Şirvan OİK stadionu

15.00. "Şəmkir" - "Xankəndi" (Matç baş tutmayıb)
Hakimlər:
Kamran Əliyev, Əkbər Əliyev, Əhməd Əhmədsoy, Ceyhun Hüseynov
Şəmkir OİK stadionu

10 mart (çərşənbə axşamı)

15:00. "Araz Saatlı" - "Dinamo"
15:00. "Göygöl" - "Şəki Siti"
15:00. "Ağdaş" - "Qaradağ Lökbatan"

8 mart (bazar)

"Kür-Araz" - "Ağstafa Gəncləri" - 2:2

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti