“Son 6 sırada yer alan komandaların vəziyyətini turnir cədvəli deyir”.
Bu sözlər Sportinfo.az saytının və “sportinfo TV”nin baş redaktoru İlkin Fikrətoğluna məxsusdur. Tanınmış telejurnalist II Liqada mübarizə aparan iştirakçıların durumunu dəyərləndirib:
“İlk “altılıq“la autsayderlırin ən güclüsü “Kür-Araz“ı 10 xal ayrır. Bu komandaların demək olar hamısı Aıllah ümidinə yaşayır.
Dövlətin yarıdım olaraq ayırdığı aylıq 5800 manat olmasa, yəqin ki, bu klubların əksəriyyəti də olmayacaq.
Demək olar ki, pulsuz-parasız və ya cüzi maaşa oynayan futbolçular, onların məşqçiləri, sadəcə, futbol fədailəridir.
Çox təəssüf ki. nə İmişli və Saatlıda, nə Göygöl və Ağdaşda, nə də Ağstafada rayonun komandasına dəstək olan, kluba sahib çıxan iş adamı var.
Bu klublardan hansısa dağılsa, azarkeşləri sosial şəbəkənin altını üstünə çevirəcək ki, bölgələrdə futbol məhv olur. Buyurun, bölgəyə futbol gəlib, çıxsın ortaya 1-2 sponsor, müəyyən kömək etsin.
Yoxsa “Allahdan buyruq, ağzıma quyruq“ məsəli ilə klub saxlamaq olmaz. AFFA-dan gələn vəsait olmasa, necə olacaq?
Bir sözlə, rəzalət! İkinci Liqanı PFL-in “ərköyün və şıltaq“ liqası da adlandırmaq olar.
Cünki burada hansısa komandanın mövsümün yarısında fəaliyyətiniı dayandırması gözləniləndir, başqa birisinin də imkansızlıqdan çempionat matçına çıxmaması da.
PFL rəsmiləri “Allah-Allah“ deye-deye, bəzi klubları şirin dillə. bəzilərini gələcəklə bağlı həvəsləndirməklə, birtəhər liqanı qoruyub saxlayırlar.
Klub yaratmaq istəyənlər də işə başlamazdan əvvəl pul- parasını, imkanını yaxşıca ölçüb, sonra qərar verməlidir. Axı siz futbol kubu yaratmağa qərar verirsiz, gecə klubu yox“.

