Öhdəlikləri pozdular, xərəkdaşıyanlar olmadı, cərimələndilər

03:00 II Divizion 55
Öhdəlikləri pozdular, xərəkdaşıyanlar olmadı, cərimələndilər

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda II Lqqanın 16-cı turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Xankəndi” – “Araz Saatlı” oyununda “Araz Saatlı” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Araz Saatlı” komandası 70 manat cərimə edilib.

“Ağstafa Gəncləri” – “Göygöl” oyununda təşkilati-texniki öhdəliklər pozulduğuna görə “Ağstafa Gəncləri” komandası 100 manat cərimə edilib.

“Ağstafa Gəncləri” – “Göygöl” oyununun 90+2-ci dəqiqəsində “Göygöl” komandasının 17 nömrəli futbolçusu Ruslan Süleymanov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəza alıb, komandası 50 manat cərimə edilib.

“Sheki City” – “Ağdaş” oyununda xərəkdaşıyanlar olmadığına görə “Sheki City” komandası 200 manat cərimə edilib.

“Dinamo” – “Şirvan” oyununda “Dinamo” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Dinamo” komandası 70 manat cərimə edilib. “Şirvan” komandasının 4 futbolçusu sarı vərəqə vərəqə aldığı üçün “Şirvan” komandası 70 manat cərimə edilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
7 Mart 22:40 Eh, elə bu qədər?