Prezident: “Klubu almaq istəyənlər oldu, mən təklifi qəbul etmədim”

14:40 II Divizion 725
Prezident: “Klubu almaq istəyənlər oldu, mən təklifi qəbul etmədim”

“Klubu almaqla bağlı bizə. müraciətlər və təkliflər olub”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Quba“nın prezidenti Ayaz Abdullayev deyib.

II Liqada medallar uğrunda yarışan şimal təmsilçisinin rəhbəri danışıqların istənilən kimi alınmadığını bildirib:

“Təqdim olunan şərtlər və yanaşmalar klubun dəyərlərinə, strategiyasına və gələcək planlarına uyğun olmayıb. Ona görə də şəxsən mən tərəfdən qəbul edilməyib.

Bu layihə sadəcə maddi dəyər üzərində qurulmayıb. Klub prinsip, zəhmət və məsuliyyət deməkdir.

Kimsə bunu qəbul etmirsə, milyonlar belə, bu klubu “satılıq” eləməz. Əgər kimsə real, ciddi və klubun inkişafına yönəlmiş strateji tərəfdaşlıq təklifi ilə çıxış etmək istəyirsə, bunu rəsmi qaydada edə bilər.

Əks halda, klubun taleyi və gələcəyi ilə bağlı qərarlar yalnız mən tərəfindən verilir.

Mən də şəxsən bütün sponsorluq təkliflərinə açığam. Təki o təkliflər də klubun inkişafı ön planda olsun“.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti