II Liqada 16-cı tur davam edir.
Sportinfo.az xəbər verir ki, ikinci oyun günündə 1 matç keçirilib.
"Qaradağ Lökbatan" və "Şəmkir" klubları üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra "Qaradağ Lökbatan" xal sayını 42-yə çatdıraraq liderliyə yüksəlib. "Şəmkir" isə 26 xalla 5-ci pillədə qərarlaşıb.
2 mart (bazar ertəsi)
15:00. "Qaradağ Lökbatan" - "Şəmkir" - 4:0
Qollar: Rəhman Quliyev, 30, Hakan Həsənov, 44, Tural Axverdiyev, 45, İlham Hüseynov, 87
Hakimlər: Ceyhun Hüseynov, Ruslan Məmmədov, Rizvan Süleymanov, Nahid Xasiyev


