Qubada futbol olmayacaq

1 Mart 00:50 II Divizion 770
Qubada futbol olmayacaq

II Liqanın 16-cı turu çərçivəsində sabah keçirilməsi nəzərdə tutulan “Quba” - “Kür-Araz” oyununun yeri dəyişdirilib.

Sportinfo.az xəbər verir ki, bu barədə PFL məlumat yayıb.

Quba şəhərində müşahidə olunan əlverişsiz hava şəraiti səbəbindən Quba Olimpiya İdman Kompleksinin stadionunun oyuna hazır vəziyyətə gətirilməsi mümkün olmadığından, hər iki klubun qarşılıqlı razılığı əsasında oyunun Heydər Əliyev adına İmişli şəhər stadionunda keçirilməsi qərara alınıb.

Oyunun başlama saatı ilə bağlı dəyişiklik yoxdur. Matçın start fiti 15:00-da səslənəcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Avqust 17:30 Çək və bizə göndər!