“Nəticə çox şeyə aydınlıq gətirsə də, hər şey həll olunmayıb” – Baş məşqçi

20:00 II Divizion 167
“Nəticə çox şeyə aydınlıq gətirsə də, hər şey həll olunmayıb” – Baş məşqçi

“İlk hissədə müdafiə planında futbolçular düzgün oynamaqla rəqibə boşluq vermədi. Əksinə, “Xankəndi”nin boşlularından istifadə etməklə qollar vurmağa çalışdıq və yalnız bir dəfə istəyimizə çatdıq”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qaradağ-Lökbatan”ın baş məşqçisi Qəzənfər Abbasov deyib.

II Liqanın 15-ci turunun mərkəzi qarşılaşmasında “Xankəndi”nin qonağı olan Lökbatan təmsilçisi ilk hissədə rəqibini aşkar üstələyirdi. Çoxsaylı qol imkanları yaradan qonaqlar yalnız bir fürsətdə topu qapıdan keçirməyi bacardı.

Fasilədən sonra vəziyyət 180 dərəcə dəyişdi. Ərazi üstünlüyünü əlinə alan Qarabağ komandası vurduğu 2 qolla yekun nəticəni müəyyənləşdirib, vacib 3 xalı aktivinə yazdı.

42 yaşlı mütəxəssis qələbənin əldən çıxmasının səbəbini müdafiə xəttində yol verilən səhvlərlə əlaqələndirib:

“Fasilədən sonra futbolçuların müdafiə davranışlarında ləngimələr müşahidə olunurdu. Belə deyim, çox geri çəkildik, yanlış müdafiə olunduq. Belədə, rəqibə üzərimizə gəlmək imkanı yaratdıq.

İkinci hissədə təkbətək mübarizələrdə rəqibə məğlub olduq. İstər yer, istərsə də hava toplarında “Xankəndi” bizi üstələyirdi. Buraxılan qolları bu səbəblərlə əlaqələndirə bilərəm.

İstənilən halda futbolçularıma təşəkkür edirəm. Əsl mübarizə irəlidədir. Bu oyunun nəticəsi çox şeyə aydınlıq gətirsə də, hələ hər şey həll olunmayıb.

Qarşıda bizi və “Xankəndi”ni digər rəqiblərlə çətin görüşlər gözləyir. Üstəlik, “6-lıq”da bu komanda ilə yenidən üz-üzə gələcəyik. Çempionluq iddiamızı son tura qədər davam etdirib, sonda sevinən tərəf olacağımıza inanıram”.

15 turdan sonra ilk pilləni ələ keçirən “Xabkəndi”nin 42, 2-ci pillədəki “Qaradağ-Lökbatan”ın 39 xalı var.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti