AFFA-dan MÜHÜM YENİLİK - Legioner qadağası ləğv olunur…

09:40 II Divizion 304
AFFA-dan MÜHÜM YENİLİK - Legioner qadağası ləğv olunur…

II Liqada çıxış edən klublar AFFA-nın sürpriz qərarına hazır olsun! Federasiya onları sevindirmək istəyir.

Necə?

Deməli, qurum bu çempionatın iştirakçılarına tətbiq etdiyi qadağanı götürməyi düşünür. Mövzu legionerlərə aiddir.

Layihəyə əsasən, liqanın mənsubları gələn sezondan etibarən əcnəbi futbolçuların xidmətindən istifadə edə bilər.

Məqsəd çempionatın rəqabəti gücləndirmək, bununla səviyyəsini artırmaqdır.

Həmçinin növbəti mövsümdə II Liqada yarışacaq klublara ayrılacaq yardım paketinin artırılması gözlənilir.

Həmin məbləğin indiki ilə müqayisədə iki-üç dəfə çoxaldıması variantı nəzərdən keçirilir.

Məsələ hələ müzakirə səviyyəsindədir, müvafiq qərar isə İcraiyyə Komitəsinin qarşıdakı iclaslarından birində çıxarılacaq.

Hazırda bu liqada 12 komanda mübarizə aparır. Ötən iki mövsümdə aylıq maliyyə dəstəyi 5000 manat təşkil edirdisə, cari «futbol ili»ndən etibarən bu rəqəm 5800 manata qaldırılıb.

Ancaq gələn mövsümdən bəzi yeniliklər tətbiq ediləcək ki, buna da kifayət qədər ciddi yanaşmaq lazım gələcək.

Federasiya indiyədək yarımhəvəskar səviyyədə fəaliyyət göstərən klubları lisenziyalaşdırma prosesinə cəlb etməyi planlaşdırır.

Burada bir neçə meyar əsas götürüləcək. Məqsəd iştirakçıları həvəskar yanaşmadan professionallığa keçirməkdir.

Odur ki, bəzi yarışmaçıların II Liqanın sıralarını tərk eləməsi də istisna deyil. Onların yerini isə Region Liqasının təmsilçiləri tutacaq. Hansılar ki, maddi-texniki bazası yaxşıdır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti