12 ayrılıq xəbəri verildi - Komanda yenidən qurulur

13:40 II Divizion 273
12 ayrılıq xəbəri verildi - Komanda yenidən qurulur

Qış fasiləsi dövründə “Quba”da ciddi dəyişikliklər baş verib.

Sportinfo.az xəbər verir ki, komanda bir sıra futbolçularla qarşılıqlı razılaşma əsasında yollarını ayırıb.

II Liqada mübarizə aparan şimal təmsilçisi ilə vidalaşanlar bunlardır: Elcan Hafizli, Zöhrab Əsədov, Nicat Oruclu, Ramin Süleymanov, Nihad Əliyev, Samir Ağayev, Ziya Məmmədli, Rüstəm Nuruyev, İbrahim Ağayarov, Elgün Əmiraslanov, İlham Yarəliyev və Elxan Qasımov.

Klubun yaydığı açıqlamada bildirilib ki, onlardan bəziləri mövsümün gedişində komandadan ayrılsa da, digərləri sonadək kollektivin şərəfini qoruyub və yeni fürsətlər qazanıblar.

Rəhbərlik klubun formasını geyinən hər bir oyunçuya təşəkkür edib və gələcək karyeralarında uğurlar arzulayıb.

Qeyd olunub ki, “Quba” heyətini yenidən formalaşdırmaq istiqamətində işlərini davam etdirir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti