Xərcləri azaltmaq üçün komandanı Bakıya köçürüblər - Prezidentdən AÇIQLAMA

10:40 II Divizion 214
Xərcləri azaltmaq üçün komandanı Bakıya köçürüblər - Prezidentdən AÇIQLAMA

Rayon komandalarının Bakıya köçü davam edir.

Bu dəfə növbə «Araz-Saatlı»ya çatıb.

II Liqada mübarizə aparan kollektiv artıq paytaxtda məskunlaşıb. Şəhriyar Məmmədovun çalışdırdığı komanda bundan sonra Bakıda məşq keçəcək və yalnız ev oyunları zamanı təmsilçisi olduğu bölgəyə dönəcək.

Əyalətdən paytaxta köç «ənənə»si bir neçə il mövcuddur.

Premyer Liqa nümayəndələrindən «Turan Tovuz» və «İmişli» gündəlik hazırlıq proseslərini Bakıda keçirir. I Liqa mənsublarından «Quba» və «Xankəndi» də bura sığınıb.

«Araz-Saatlı»nın prezidenti Ədalət Abdullayev Sportinfo.az-a açıqlamasında məsələyə bu cür aydınlıq gətirib:

«Komanda qış fasiləsindən sonra Bakıda bir araya gəlib və mövsümün ikinci yarısına hazırlaşıb. Baş məşqçi Şəhriyar Məmmədovun rəhbərlik etdiyi məşqlərə heyətə cəlb olunmuş yeni futbolçular da qoşulub.

Komandanın Bakıda məşq etməsi daha çox xərcləri azaltmağa hesablanıb.

Hədəfimiz və yeganə məqsədimiz liqada yerimizi qorumaqdır. Ev oyunlarımızı isə Saatlıda - doğma divarlar arasında keçirəcəyik».

«Araz» 14 turdan sonra turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Aktivində cəmi 4 xal olan saatlılar ondan bir üst sıradakı «Ağstafa Gəncləri»ndən 5 xal geri qalır.

Digər Xəbərlər
Xəbər Lenti