II Liqada mübarizə aparan «Dinamo» növbəti problemlə üzləşib.
«Polislər»in 5-6 oyunçusu düşərgəni tərk etməli olub.
Onlardan üçü həqiqi hərbi xidmətə çağırılıb. Bunlar Məhəmməd Cəfərzadə, Aqşin Abdullayev və Əkbər Səfərzadədir.
Klubun İdarə Heyətinin sədri Yaşar Seyidov saytımıza bildirib ki, gedənlərin yerini doldurmaq fikirləri var. Lakin bu, heç də asan proses deyil.
Maddi imkan zəif olduğundan, istənilən oyunçunu bura gətirmək çətindir.
Bununla belə, təcrübəli funksioner deyib ki, məqsəd dəyişməyib. O, liqada qalmaq niyyəti ilə mövsümün ikinci dövrəsinə hazırlaşdıqlarını söyləyib.
«Dinamo» 14 tur ərzində 13 xal toplayıb. Komanda qış fasiləsinə turnir cədvəlinin 8-ci pilləsində yollanıb.
SPORTİNFO.AZ

