Büdcə xeyli azaldı, 10-dan artıq futbolçu ayrıldı, ianə siyahısı hazırlandı

17:40 II Divizion 224
Büdcə xeyli azaldı, 10-dan artıq futbolçu ayrıldı, ianə siyahısı hazırlandı

Mövsümün ilk yarısında qeyri-sabit çıxış etdiyi üçün əsas sponsorlarını itirən «Şəmkir» rayon ictimaiyyətinn ümidinə qalıb.

Klub rəhbərliyi yardım almaq ümidi ilə siyahı hazırlayıb.

Həmin siyahıya irili-xırdalı müəssisələrin, fərdi sahibkarlıq fəaliyyəti lə məşğul olanların adları daxildir.

Hələlik 70-80 nəfərdən söhbət gedir və gözlənilən effekt alınmasa, siyahı bir qədər də genişləndiriləcək. Məqsəd ianə olaraq hər ay 10 min manat toplamaqdır.

Klub yeni ildən bəri aylıq 20 min manat yardım paketindən məhrum olub. Odur ki, 10-dan artıq futbolçu «qırmızı-qaralar»ın düşərgəsini tərk edib.

Yaxın günlərdə daha 3-4 nəfərin buradan ayrılması gözlənilir. Çünki dəstəkçilərin yaxasını kənara çəkməsindən sonra ödənişləri etmək mümksünz hala gəlib.

Qərb təmsilçisi 14 turdan sonra II Liqada 25 xal toplayıb. Komanda qış fasiləsinə turnir cədvəlinin beşinci pilləsində yollanıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti