“Neftçi”ni gedib dördü, mövsümün sonuna kimi müqavilə imzaladı

02:40 II Divizion 82
“Neftçi”ni gedib dördü, mövsümün sonuna kimi müqavilə imzaladı

“Xankəndi” heyətini daha bir futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi son klubu “Bakı Sportinq” olan Əli Mürsəlovu transfer edib.

24 yaşlı yarımmüdafiəçi ilə cari mövsümün sonuna kimi müqavilə imzalanıb.

Ə.Mürsəlov karyerası ərzində “Turan Tovuz”, “Neftçi”, “Zirə” və "Şamaxı"da da çıxış edib.

Hazırda II Liqanın turnir cədvəlində 39 xalla 2-ci yerdə qərarlaşan "Xankəndi" daha əvvəl Rauf Məhərrəmov, Qurban Məhərrəmov və Elvin Nəsibovu sıralarına qatıb, Zaur Hacıyevi isə baş məşqçi təyin edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
3 Fevral 18:10 Çək və bizə göndər!