Azərbaycan çempionatında mübarizə aparan klub satışa çıxarılıb.
Söhbət «Quba»dan gedir.
II Liqada üçüncü mövsümünü keçirən şimal təmsilçisinə 400 min manat qiymət qoyulub.
Hazırda bir neçə iş adamı və şirkət «Quba»ya maraq göstərir. Onlarla 2 aydan artıqdır danışıqlar gedir.
Əyalət komandasının yaradıcısı Ayaz Abdullayevdir. O, hazırda «Quba»nı yaşatmağa çətinlik çəkir.
Maliyyə çatışmazlığı ucbatından kollektiv dağılmaq təhlükəsi ilə üzləşib. Həftələr öncə gündəlik məşq prosesini dayandırmaq məcburiyyətində qalıblar.
Düşərgədə 12-13 futbolçu ola, ya olmaya. Digərləri 4 ay öncə buranı tərk edib.
«Quba» hər nə qədər sıxıntı yaşasa da, cari mövsümün geridə qalan hissəsində yaxşı nəticə qazanıb.
14 tura 32 xal toplamış komanda turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.
SPORTİNFO.AZ

