Azərbaycanda kluba maliyyə ayırmağı dayandıran şəxs məhkəməyə verilir

14:40 II Divizion 203
Azərbaycanda kluba maliyyə ayırmağı dayandıran şəxs məhkəməyə verilir

Dörd aydan artıqdır maliyyə böhranı yaşayan «Şəki»də əlac məhkəmə qərarına qalıb. II Liqada yarışan klubun rəhbərliyi

“Flyblast”ın təsisçisi Rövşən Abdullayevdən şikayət etmək niyyətindədir.

Buna bir səbəb var - ötən ilin yayında komandanı himayəsinə götürmüş sponsorun öz öhdəliklərini yerinə yetirməməsi.

Aıdçəkilən iş adamının futbol sektoruna gəlişi Futbolun İnkişaf Fondunun (FİF) vasitəsilə gerçəkləşib. Həmin vaxt FİF tərəfindən “Flyblast”ə 6 aylıq möhlət tanınıb.

Razılaşmaya əsasən, turizm şirkəti bu müddətdə “Şəki”nin bütün maliyyəsini qarşılamalı, heç bir neqativ hala yol verməməlidir.

Di gəl, proses cəmi 1-2 ay hamar gedib, problemlər isə tədricən yox, bir anda baş qaldırıb. R.Abdullayev haradan nə eşidibsə, belə qənaətə gəlib ki, klubun idarəçiləri tərəfindən aldadılıb.

O. 300 min manata yaxın vəsaitinin istiqaməti üzrə xərclənməməsini iddia edib və vaxtından əvvəl maliyyələşdirmədən geri çəkilib.

Nəticədə «Şəki»nin bir neçə aylıq borcu yaranıb. Bu, təkcə futbolçulara deyil, həmçinin stadion, xəstəxana, geyim firması və digər sahələr üzrə yığılıb qalan borclardır.

«Şəki»nin təsisçisi isə mövcud vəziyyətdə yeganə çıxış yolunu məhkəməyə müraciət etməkdə görür. Bəlkə bu vasitə ilə sponsordan həmin vəsaiti geri ala bildilər deyə.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti