II Liqanın iddialı komandalarından "Xankəndi" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Xankəndi" son klubu "Şəfa" olan Elvin Nəsibovu transfer edib. 29 yaşlı hücumçu ilə imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb.
Elvin Nəsibov karyerası ərzində "Kəpəz", MOİK və "Qarabağ"ın əvəzedici komandasında da oynayıb.
"Xankəndi" hazırda II Liqanın turnir cədvəlində 39 xalla 2-cidir. Lider "Qaradağ Lökbatan"ın da eyni xalı var.

