Forma şansı qazanmayan hücumçunu icarəyə verdilər

24 Yanvar 08:40 II Divizion 943
Forma şansı qazanmayan hücumçunu icarəyə verdilər

Birinci Liqa təmsilçisi “Şəfa”nın hücumçusu Elvin Nəsibov komandadan ayrılıb.

Sportinfo.az xəbər verir ki, 30 yaşlı forvard mövsümün sonuna qədər icarə əsasında II Liqanın liderlərindən “Xənkəndi”də oynayacaq.

Baş məşqçi Elgiz Kərəmli tərəfindən mövsümün ilk yarısında forma şansı qazanmayan Nəsibov artıq yeni komandasının düşərgəsindədir.

Elvin Nəsibov 2024-cü ilin yayından “Şəfa”da çıxış edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti