Sponsorlar geri çəkildi, rəhbər vəzifəsindən ayrıldı, komanda dağılmaq ərəfəsində

13 Yanvar 19:40 II Divizion 2 313
Sponsorlar geri çəkildi, rəhbər vəzifəsindən ayrıldı, komanda dağılmaq ərəfəsində

II Liqada mübarizə aparan «Şəmkir» dağılmaq təhlükəsi ilə üzləşib.

Buna səbəb bütün sponsorların klubla əlaqələrini kəsməsidir.

Son olaraq Adil Əliyev də «ağ-qırmızılar»la vidalaşıb. Təqribən 3 ay öncə «Şəmkir»in rəhbəri postuna əyləşmiş iş adamı maddi dəstəkçilərin sürətlə aradan çıxmasını görərək, bu qərarı verib.

Nəticədə «Şəmkir»in böyük miqdarda borcu yaranıb. Yerli Olimpiya Kompleksi ilə geyim firmasıyla yanaşı, məşqçi və futbolçulara ödəmələr yığılıb qalıb.

Sonuncu dəfə noyabrın maaşını almış komanda üzvlərinə yanvar ayında da əməkhaqqının ödənilməyəcəyinə dair xəbərdarlıq olunub.

Bildirilib ki, kim istəyirsə, ona təzminat tələb olunmadan azad agent statusu veriləcək. Başqa sözlə, hamı sərbəstdir.

Yaranmış vəziyyət mövsümün ilk hissəsində uğursuz nəticələrin qeydə alınmasıyla bağlıdır. «Şəmkir» 14 tura 25 xal toplayıb və turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb.

Şərblilər turnir cədvəlinə başçılıq edən «Qaradağ Lökbatan» və «Xankəndi»dən 14 xal geri qalır. Bu da «Şəmkir»in I Liqaya vəsiqə qazanmaq ehtimalının praktiki cəhətdən itməsi deməkdir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti